Sürücü hündürlükdən yıxılıb öldü - Foto

Sürücü hündürlükdən yıxılıb öldü - Foto
HADİSƏ 23 Noyabr 2026 11:23
Noyabrın 21-i saat 11 radələrində Səbail rayonu ərazisində söküntü sahəsində bədbəxt hadisə baş verib.

Sitat.info xəbər verir ki, ərazidəki tullantıları daşımaq üçün gəlmiş yük avtomobilinin 1996-cı il təvəllüdlü sürücüsü, Xocalı rayon sakini Elvin Vitali oğlu Zeynalov 3-cü mərtəbədən yıxılıb.O, hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

///Qafqazinfo