Nərman Süleymanovun ölümü ilə bağlı yeni rəsmi açıqlama

Nərman Süleymanovun ölümü ilə bağlı yeni rəsmi açıqlama
HADİSƏ 23 Noyabr 2026 13:20
BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nərman Süleymanovun (Qocatürk) ölümü ilə bağlı cinayət işi açılmayıb.

Sitat.info xəbər verir ki, bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“Xeyr, bu hadisə ilə bağlı cinayət işi açılmayıb, aradırma aparılır”, – məlumatda vurğulanıb.

Qeyd edək ki,   Nərman Süleymanov 18 noyabrda özünə qəsd edib. O, sosial şəbəkələrdə tələbələrinə qarşı cinsi qısnamada ittiham olunduqdan sonra bu addımı atıb.