Bakının bu rayonlarında su kəsiləcək

Bakının bu rayonlarında su kəsiləcək
SOSİAL 23 Noyabr 2026 14:22

Noyabrın 25-də magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı gün ərzində Bakının Səbail və Yasamal rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.

Bu barədə Sitat.info-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "İri Şəhərlərin Su Təchizatı" QSC-dən bildirilib.

Məlumata əsasən, suyun əvvəlki rejimlə verilməsi noyabrın 26-da səhər saatlarında bərpa olunacaq.