Dünya bu görüntüdən danışır - VİDEO

Dünya bu görüntüdən danışır - VİDEO
Dünya 23 Noyabr 2026 15:58

Nyu-York meri Zöhran Məmdaninin mətbuat konfransı zamanı gözləri qəfil ağarmış kimi görünən və sosial şəbəkələrdə “reptilian” (sürünənəbənzər varlıq) olduğu iddia edilən şəxs medianın diqqətini çəkib. 

Sitat.info xəbər verir ki, çox keçmədən sözügedən şəxsin kimliyi açıqlanıb. Məlum olub, qəribə hərəkəti ilə kameralara tuş gələn şəxs ştat parlamentinin üzvü Cordan Raytdır. 

Görüntülərin yayılmasından sonra “New York Post” nəşrinə açıqlama verən Rayt “Əlbəttə, mən insanam” deyərək iddialara münasibət bildirib.

Gözlərinin görüntülərdə niyə bu şəkildə göründüyünü özünün də bilmədiyini deyən siyasətçinin açıqlaması diqqət çəkib.