Elmin Fərəcova yüksək vəzifə verildi
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Aparat rəhbəri təyin olunub
Sitat.info xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Elmin İsa oğlu Fərəcov nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Elmin Fərəcov 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.
2011-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsləhətçi-hüquqşünas, 2016-2021-ci illərdə Nazirliyin Məşğulluq və miqrasiya şöbəsinin müdiri, 2021-2023-cü illərdə nazirliyin Məşğulluq və əmək münasibətləri şöbəsinin müdiri vəzifələrində işləyib.
Hazırkı vəzifəsinə qədər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.