Putin İlham Əliyevi Rusiyaya dəvət etdi

Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
SİYASƏT 09 Oktyabr 2026 11:44
Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyindən (MDB) olan həmkarlarını dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək ənənəvi Yeni il öncəsi qeyri-rəsmi sammitə dəvət edib.

Sitat.info xəbər verir ki, bu barədə o, MDB liderlərinin Türkmənistanda keçirilən qapalı görüşündə bildirib.

“Əlbəttə, yaxşı ənənəyə sadiq qalaraq, əziz dostlar, hamınızı dekabrın 21-də ənənəvi qeyri-rəsmi, dostluq görüşü üçün toplaşdığımız Sankt-Peterburqa dəvət etmək istəyirəm”,.

Rusiya Prezidenti Yeni il öncəsi görüşün gündəliyinə də toxunub: “Bütün cari və gələcək məsələləri müzakirə edə bilərik”.

Xatırladaq ki, MDB liderlərinin Türkmənistanda keçirilən görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.