Maduro ailəsinə daha bir zərbə: ABŞ məhkəməsindən QƏRAR
Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Dairə Məhkəməsi Venesuelanın prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti rədd edib.
Sitat.info xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Məhkəmə qərarını Floresə qarşı irəli sürülən ittihamların ciddiliyi və onları dəstəkləyən güclü sübutların olması ilə əsaslandırıb.