“Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır”

“Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır”
SİYASƏT 09 Oktyabr 2026 12:30
“Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi”.

Sitat.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, yarışların coğrafiyası ölkəmizin yeddi şəhərini əhatə etdi: “MDB üzv dövlətlərindən, həmçinin dünyanın digər ölkələrindən minlərlə idmançı və qonaq Azərbaycanda olduqları 11 gün ərzində ölkəmizi və xalqımızı yaxşı tanıdılar. Bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından kənara çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır”.