Nazirlər Kabinetindən pensiyalarla bağlı QƏRAR - Əli Əsədov sərəncam imzaladı

Nazirlər Kabinetindən pensiyalarla bağlı QƏRAR - Əli Əsədov sərəncam imzaladı
SOSİAL 08 Oktyabr 2026 22:11

Nazirlər Kabineti əmək pensiyalarının verilməsi sahəsində normativ hüquqi tənzimləmə həyata keçirib.

Sitat.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda edilən dəyişikliyin əsas məqsədi pensiya təyinatı proseslərinin daha da təkmilləşdirilməsi, sənədləşmə işlərinin optimallaşdırılması və vətəndaşların sosial təminat hüquqlarının reallaşdırılmasının asanlaşdırılmasıdır.

Qərar imzalandığı gündən qüvvəyə minir.