Özbəkistan parlamentinin sədri Azərbaycana gəldi - Foto

Özbəkistan parlamentinin sədri Azərbaycana gəldi - Foto
SİYASƏT 25 Noyabr 2026 11:41
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.

Sitat.info xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu gün Bakıda keçiriləcək forumda "Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər" mövzusunda müzakirələr aparılacaq.

Həmçinin Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027–2028-ci illər üçün praktiki tədbirlər planının ("Yol xəritəsi") imzalanması nəzərdə tutulub.

Özbəkistan parlamentinin sədri Azərbaycana gəldi - Foto Özbəkistan parlamentinin sədri Azərbaycana gəldi - Foto