Məşhur aktrisa da saxlanıldı

Məşhur aktrisa da saxlanıldı
Dünya 25 Noyabr 2026 10:00
Tanınmış aktrisa Burcu Özberk İstanbul Baş Prokurorluğu tərəfindən narkotik istintaqı çərçivəsində saxlanılıb.

Sitat.info xəbər verir ki, istintaq çərçivəsində barələrində həbs qətimkan tədbiri seçilən 35 şübhəlidən 23-ü tutulub. Saxlanılanlar arasında Özcan Dəniz, Deniz Çakır, Murat Ceylan, Cansu Taşkın və İbrahim İzzet Özilhan var.

Şahid ifadələrinin, şübhəli şəxslərin ifadələrinin, rəqəmsal materiallar üzrə ekspert hesabatlarının və məxfi şahid ifadələrinin qiymətləndirilməsinə əsaslanaraq, narkotik maddə istifadəsi və ya saxlama şübhəsi ilə bağlı həbs qərarları verilmişdir.

Qeyd edək ki, gənc aktrisa hazırda "Anne yarısı" serialında baş rolu canlandırır.