Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib  

Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib  
HADİSƏ 24 Noyabr 2026 16:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə mütəmadi müşahidə və monitorinq işləri aparılır.

Bu barədə Sitat.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son monitorinqlər zamanı ərazidə sürüşmə prosesinin aktivliyinin davam etdiyi və mövcud çatlarda genişlənmənin baş verdiyi müəyyən edilib.

Ərazidəki vəziyyət mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır.