Dəhşətli hadisə: Parçalanmış meyit tapıldı

Dəhşətli hadisə: Parçalanmış meyit tapıldı
HADİSƏ 24 Noyabr 2026 11:22
Şəmkir rayonunda orta yaşlı kişinin meyiti aşkarlanıb.

Sitat.info APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ağdağlar adlanan ərazisində qeydə alınıb.

Meyiti tapılan şəxs Gədəbəy rayonun Düzyurd kənd sakini 1983-cü il təvəllüdlü İ.Məmmədovdur.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

İlkin məlumata görə, meyitinin itlər tərəfindən parçalandığı bildirilir. Ölən şəxsin tüfeyli həyat tərzi keçirdiyi qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.