“Yer elə materialdandır ki, ayaq qoyan kimi sürüşür” – Piyada keçidindən ŞİKAYƏT (Video)

“Yer elə materialdandır ki, ayaq qoyan kimi sürüşür” – Piyada keçidindən ŞİKAYƏT (Video)
SOSİAL 24 Noyabr 2026 10:25
Keçid də var, lift də, lakin liftin işlədiyini hələ görən olmayıb.

Sitat.info xəbər verir ki, söhbət paytaxtın Polad Həşimov küçəsində beş il bundan əvvəl tikilən piyada keçidindən gedir.

Liftin qarşısında antisanitar şərait hökm sürür, ətrafı üfunət bürüyüb.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən Xəzər Tv-yə bildirildi ki, qeyd olunan ünvanda yerləşən piyada keçidinin mövcud vəziyyətindən məlumatlıdırlar. Ərazidə zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Liftin işlək vəziyyətə gətirilməsi üçün isə müvafiq ehtiyat hissəsi sifariş edilib. Həmin hissə təmin olunduqdan sonra lift bərpa edilərək yenidən istismara veriləcək.