Bakıda klinika rəhbəri vəfat etdi
“Atlas Medical Center” klinikasının rəhbəri, iş adamı Hacı Nihat Əliyev 49 yaşında dünyasını dəyişib.
Sitat.info xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında məlumat yayıb.
O, yaxın dostunun uzun sürən xəstəlikdən sonra vəfat etdiyini bildirib.