Sumqayıtda evdən oğurluq edən şəxs saxlanıldı
Noyabrın 21-də Sumqayıt şəhərində oğurluq hadisəsi qeydə alınıb.
Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, gecə saatlarında şəhər ərazisində yerləşən evlərin birindən 400 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları talanıb.
Polis tərəfindən keçirilən tədbirlə əməli törədən narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Həsənzadə müəyyən olunaraq saxlanılıb.
Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Araşdırma aparılır.