Zəhra Əkbərova direktor təyin olundu

Zəhra Əkbərova direktor təyin olundu
TƏHSİL 25 Noyabr 2026 12:00
Əkbərova Zəhra Qafil qızı Bakı şəhəri "Zəngi" liseyinə direktor vəzifəsinə təyin olunub

Sitat.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr imzalayıb.

    Qeyd edək ki, o, pedaqoji fəaliyyətə 2014-cü ildə başlayıb, bu təyinata qədər Bakı şəhəri Cavid Nurməmmədov adına 108 nömrəli tam orta ümumtəhsil məktəbində təlim- tərbiyə işləri üzrə direktor müavini çalışıb.