“Barselona” futbolçusu Bakıya baqajında nə gətirib? - Foto

“Barselona” futbolçusu Bakıya baqajında nə gətirib? - Foto
Gündəm 25 Noyabr 2026 13:15
İspaniyanın "Barselona" futbol klubunun oyunçusu Jül Kunde “Sabah”la oyun keçirmək üçün Azərbaycana yola düşməzdən əvvəl sosial şəbəkə hesabında foto paylaşıb.

Sitat.info xəbər verir ki, fotoda bir neçə portativ “PlayStation” konsolu əks olunub.

İnternet istifadəçiləri futbolçunun komanda yoldaşları ilə birlikdə səfər zamanı Bakıda da GTA VI oynayacağını ehtimal ediblər.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması 2026-cı il noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

“Barselona” futbolçusu Bakıya baqajında nə gətirib? - Foto “Barselona” futbolçusu Bakıya baqajında nə gətirib? - Foto