Ağ Evi ayağa qaldıran hadisə! CIA-nın sisteminə kiberhücum edildi

Ağ Evi ayağa qaldıran hadisə! CIA-nın sisteminə kiberhücum edildi
Dünya 25 Noyabr 2026 12:58

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) informasiya sistemlərindən biri kiberhücuma məruz qalıb.

Sitat.info xəbər verir ki, hücum qurumun məxfi olmayan məlumatların toplandığı sisteminə təsir edib. Hadisənin hansı ölkə və ya haker qrupu tərəfindən törədildiyi hələlik məlum deyil.

Məlumata görə, söhbət internet, sosial şəbəkələr, kommersiya peyk görüntüləri və digər açıq mənbələrdən məlumat toplayan sistemdən gedir.

Hücum zamanı məxfi məlumatların ələ keçirilmədiyi bildirilir.

ABŞ rəsmilərinin sözlərinə görə, insident aradan qaldırılıb, lakin hansı məlumatların ələ keçirilə biləcəyi və hücumun arxasında kimin dayandığı hələ dəqiqləşməyib.

Hadisə ABŞ dövlət qurumlarının son vaxtlar üzləşdiyi digər kibertəhlükəsizlik problemləri fonunda baş verib.

Tehran,

Sitat.info