İnşaat şirkətinin rəhbərinə hökm oxundu

İnşaat şirkətinin rəhbərinə hökm oxundu
KRİMİNAL 25 Noyabr 2026 12:20
Sosial şəbəkələr vasitəsiylə sərfəli qiymətlərlə inşaat təmir işlərini həyata keçirtmək vədi ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən təmir-tikinti inşaat şirkətinin rəhbəri Zahir Əskərovun cinayət işinin məhkəməsi yekunlaşıb.

Sitat.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq təqsirləndirilən 7 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki,Zahir Əskərov zərərçəkənlərin şikayəti əsasında saxlanılıb. Araşdırmalarla məlum olub ki, Zahir Əliyev rəhbərlik etdiyi şirkətin cəlbedici reklamlarını sosial şəbəkələr vasitəsilə yayımlayaraq digər şirkətlərdən daha ucuz qiymətə təmir tikinti işlərini həyata keçirtmək vədi verərərək vətəndaşları aldadıb.

Zahir Əliyev buna görə bir neçə nəfərlə müqavilə bağlayaraq öncədən aldığı ödənışlərə görə vəd verdiyi təmir-tikinti işlərini həyata keçirtməyərək vətəndaşlara  qarşı dələduzluq edib.İttihama görə təqsirləndirilən 5 nəfər zərərçəkənə 200 min manata qədər ziyan vurmaqda ittiham olunur 

Zahir Əskərova qarşı CM-nin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

///Unikal