İsrail Qəzzada HƏMAS-ın təhlükəsizlik rəhbərini öldürüb
İsrail ordusunun Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbəri Naeem Əbu Nəhl öldürülüb.
Sitat.info xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Hücum noyabrın 24-də Qəzza şəhərinin qərbində həyata keçirilib.
Fələstinli rəsmilərin məlumatına görə, zərbələr nəticəsində ümumilikdə azı yeddi nəfər həyatını itirib. Ölənlər arasında iki polis əməkdaşı da var.
İsrail tərəfi hücum zamanı HƏMAS-ın yüksək vəzifəli nümayəndəsinin hədəf alındığını təsdiqləyib.
Hadisə 2025-ci ilin oktyabrında əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, Qəzzada İsrail hücumlarının davam etdiyi bir vaxtda baş verib.
Aytac,
Sitat.info