Zelenski Rusiya gəmisinə hücumu təsdiqlədi 

Zelenski Rusiya gəmisinə hücumu təsdiqlədi 
Dünya 25 Noyabr 2026 13:09

Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya körfəzində Rusiya yük gəmisinə pilotsuz uçuş aparatı ilə hücumu ölkəsinin həyata keçirdiyini təsdiqləyib.

Sitat.info xəbər verir ki, noyabrın 21-də baş verən hücum nəticəsində Rusiyanın “Sparta II” yük gəmisində yanğın başlayıb.

Zelenski gəminin Rusiya Müdafiə Nazirliyinə logistika xidmətləri göstərən şirkətə məxsus olduğunu və hərbi hədəf sayıldığını bildirib.

Onun sözlərinə görə, Rusiya bayrağı altında silah və ya sanksiyalı yüklər daşıyan gəmilər Ukrayna üçün qanuni hədəf hesab olunur.

Yanğının söndürülməsi üçün Finlandiya, Estoniya və Rusiya gəmiləri birgə xilasetmə əməliyyatı həyata keçirib. Daha sonra zədələnmiş gəmi Rusiya sahillərinə aparılaraq Sankt-Peterburqda lövbər salıb.

Bu arada Ukraynanın müttəfiqi olan Norveç Kiyevi Baltik dənizi regionunda belə əməliyyatlar keçirərkən ehtiyatlı olmağa çağırıb. Norveçin müdafiə naziri Tore Sandvik Ukraynanın hərbi əməliyyatlarının beynəlxalq hüquq normalarına uyğun həyata keçirilməli olduğunu vurğulayıb.

Aytac,

Sitat.info