İran Hörmüz boğazına nəzarəti gücləndirib
İran Hörmüz boğazında nəzarət və müşahidə tədbirlərini gücləndirib.
Sitat.info xəbər verir ki, bunu İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya bildirib.
Onun sözlərinə görə, İran ordusu və İnqilab Keşikçiləri Korpusunun döyüş hazırlığı artırılıb.
Əkrəminiya qeyd edib ki, ordunun baş komandanının göstərişi ilə Hörmüz boğazında daha güclü nəzarət həyata keçirilir.
O, son həftələrdə bəzi gəmilərin icazəsiz marşrutlardan istifadə etdiyini və bunun təhlükə yaratdığını iddia edib.
İran rəsmisi gəmilərin təhlükəsiz keçidi üçün ölkənin silahlı qüvvələri ilə koordinasiya aparmalı olduğunu vurğulayıb.
Aytac,
Sitat.info