Müharibə Rusiyaya baha başa gəlir: İtkilər 490 mini aşdı

Müharibə Rusiyaya baha başa gəlir: İtkilər 490 mini aşdı
Dünya 25 Noyabr 2026 13:31

Ukrayna müharibəsində azı 490 min 334 rusiyalı hərbçi həyatını itirib.

Sitat.info xəbər verir ki, bu barədə BBC Rus Xidmətinin Rusiyaya aid rəsmi ölüm qeydləri əsasında apardığı araşdırmada bildirilib.

Məlumatlara görə, bu rəqəm 2022-ci ilin fevralından 2026-cı ilin sentyabrınadək olan dövrü əhatə edir.

Araşdırmada müharibənin gənclər arasında itkiləri də üzə çıxıb.

Belə ki, 2025-ci ildə Rusiyada ölən 18-24 yaşlı şəxslərin 65 faizi müharibədə həyatını itirib.

Qeyd edək ki, Rusiya hakimiyyəti müharibədəki hərbi itkilərin ümumi sayını açıqlamır. BBC isə araşdırmanın bütün itkiləri əhatə etməyə biləcəyini bildirir.

Nigar,

Sitat.info