Tramp Şükran Günü münasibətilə iki hind quşunu kəsilməkdən xilas etdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən ənənəvi Şükran Günü mərasimində “Freedom” və “Feathers” adlı iki hind quşunu əfv edib.
Sitat.info xəbər verir ki, mərasim zamanı çıxış edən Tramp ABŞ-ın güclü dövrünü yaşadığını bildirib. O, İranla müharibədə uğur qazandıqlarını iddia edərək, Tehranın nüvə silahı əldə edə bilməyəcəyini deyib.
Qeyd edək ki, ABŞ-da hər il noyabrın sonuncu cümə axşamı Şükran Günü qeyd olunur.
Ağ Evdə hind quşlarının əfv edilməsi ənənəsi isə 1963-cü ildən davam edir.
Seymur,
Sitat.info