Mərhum Xalq şairinin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - FOTO   

Mərhum Xalq şairinin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - FOTO   
SOSİAL 08 Oktyabr 2026 20:14

Xalq şairi Nəriman Həsənzadənin adından saxta səhifə açılıb, həmin səhifə vasitəsi ilə uyğunsuz qruplara dəvətlər edilir.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar birliyinin mətbuat katibi Xəyal Rza paylaşım edib. 

“Ailəsi ilə əlaqə saxladıq. Xəbərsizdirlər və narahatlıqlarını ifadə etdilər. Səhifənin şikayət edilməsini xahiş etdilər. Bu səhifəni işlədən hər kimdirsə, könüllü olaraq bağlasa yaxşı olar. Ayıbdır!”, - deyə o paylaşımında qeyd edib.