İşıqlar söndü, metronun fəaliyyəti dayandırıldı - Kiyevdə vəziyyət
Kiyev bölgəsinin bir hissəsində təcili elektrik kəsintiləri qeydə alınıb.
Sitat.info xəbər verir ki, təcili kəsintilər "Ukrenergo"nun (Ukraynanın dövlətə məxsus elektrik ötürücü sistem operatoru, - red.) əmri ilə həyata keçirilib.
"Kiyevin Sağ Sahilində, eləcə də Kiyev vilayətinin Buça və Vışqorod rayonlarında: "Ukrenerqo"nun əmri ilə təcili elektrik kəsintiləri tətbiq edilib", - deyə açıqlamada bildirilir.
Eyni zamanda, Kiyevin bir neçə ərazisində elektrik kəsintisinə görə bəzi ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Məhdudiyyətlər Rusiyanın enerji infrastrukturuna zərbələrinin nəticələri ilə bağlıdır.