Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı
HADİSƏ 08 Oktyabr 2026 17:53

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Bu barədə Sitat.info-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 6-da həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Mərakeş vətəndaşı, oktyabrın 7-də isə "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər Əfqanıstan vətəndaşı Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.