Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Sitat.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.