Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan ZƏHƏRLƏNDİ   

Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan ZƏHƏRLƏNDİ   
SOSİAL 09 Oktyabr 2026 18:45

Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman reaksiyası ilə bağlı hadisə TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırılır. İstifadə olunmuş dərman vasitəsindən müvafiq nümunələr götürülüb.

Bu barədə Sitat.info-ya Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Qeyd edilib ki, uşaqlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və diaqnozlarına uyğun müalicələri davam etdirilir. Onlardan 4-ünün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, sözügedən uşaqlar respirator virus infeksiyası səbəbilə hadisədən əvvəl xəstəxanada müalicə alıblar.