Masazırda avtomobillər yanıb kül oldu - Video

HADİSƏ 10 Oktyabr 2026 09:50

Dünən axşam saatlarında Abşeron rayonu Masazır qəsəbəsində 4 avtomobil yanıb.

Redaktor.az xəbər verir ki, hadisə “Yeni Bakı” yaşayış kompleksinin həyətində baş verib.

Həyətdə park edilən avtomobillərdən birinin alovlanması nəticəsində digər maşınlara da yanğın keçib. Nəticədə, 3 avtomobil tamamilə yanıb, biri isə qismən yanaraq yararsız hala düşüb.

Hadisə yerinə müvafiq qurumların nümayəndələri gəlib. Araşdırma aparılır.

Daha ətraflı BTV-nin süjetində: