ABŞ-nin Hörmüzə nəzarəti dizelin qiymətini azaldacaq - Tramp

ABŞ-nin Hörmüzə nəzarəti dizelin qiymətini azaldacaq - Tramp
Dünya 10 Oktyabr 2026 10:25

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ silahlı qüvvələrinin Hörmüz boğazına nəzarət etməsi ölkədə və bütün dünyada dizel yanacağının qiymətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.

Sitat.info xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Bizim Hörmüz boğazına tam nəzarətimiz sayəsində amerikalılar üçün və əslində, bütün dünyada dizel yanacağının qiymətləri sürətlə, rekord templərlə azalacaq!" – Tramp qeyd edib.

Onun sözlərinə görə, amerikalılar üçün yanacağın qiymətinin aşağı salınması əsas prioritetlərindən biridir.