12 azərbaycanlı dənizdə dron hücumları altında köməksiz qalıb - Gəmi kapitanı ilə CANLI BAĞLANTI (VİDEO)

Gündəm 06 Oktyabr 2026 22:04

Rusiyanın Rostov şəhərində 12 azərbaycanlı dənizçi 4 aydır gəmidə çıxılmaz vəziyyətdə qalıb. Türkiyənin "Adler" şirkətinə məxsus “Consul” adlı gəminin heyəti ərazidə davam edən dron hücumları səbəbindən Rostovdan çıxa bilmir. 

Sitat.info-nun canlı yayımına qoşulan gəmi kapitanı Səbuhi Salahov deyir ki, təhlükə altında qalsalar da, maaşları ödənilmədiyi üçün vətənə qayıda bilmirlər. 

Dənizçilərin sözlərinə görə, 7 aydır ki, maaşları ödənilməyib və onların Azərbaycana qayıtması üçün şərait yaradılmayıb. Onlar həmçinin yemək və yol xərcləri ilə bağlı çətinlik yaşadıqlarını bildirdilər.

Kapitan deyir ki, yaxınlıqdakı gəmilərə mütəmadi olaraq dron hücumları edilir və heyətin həyatı təhlükə altındadır. Dənizçilərin əsas tələbi yığılıb qalan maaşlarının ödənilməsi və Azərbaycana qaytarılmalarıdır.

Onlar aidiyyəti qurumlardan vəziyyətə müdaxilə etmələrini xahiş ediblər.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 

Məğrur,

Sitat.info