"Apple" Azərbaycanın mobil cihaz bazarındakı payının 22 %-ni itirib

\"Apple\" Azərbaycanın mobil cihaz bazarındakı payının 22 %-ni itirib
Gündəm 06 Oktyabr 2026 13:40

Bu ilin sentyabr ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 40,96 % təşkil edib.

Sitat.info-nun "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 1,61 faiz bəndi, 2025-ci ilin avqust ayının göstəricisi ilə müqayisədə 14,49 faiz bəndi çoxdur.

İkinci sıradakı "Xiaomi"nin bazar payı aylıq müqayisədə 2,04 faiz bəndi, illik müqayisədəisə 9,27 faiz bəndiartaraq 28,71 % olub.

Üçüncü pillədəki "Apple"ın bazar payı aylıq müqayisədə 2,08 faiz bəndi və illik müqayisədə 5,53 faiz bəndivə ya 22 % azalaraq 15,67 % olub.

Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq müqayisədə 2,32 faiz bəndi, illik müqayisədə isə 15,45 faiz bəndi azalaraq 7,48 % təşkil edib.