Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam - Paşinyan

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam - Paşinyan
SİYASƏT 15 Oktyabr 2026 15:04

Mən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmağı qarşıma məqsəd qoymuşam.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Gündəliyimin ən başında Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası dayanır. Fikrimcə, bu, Ermənistan üçün mühüm bir mərhələyə yekun vuracaq və yeni məntiqə, yeni məzmuna əsaslanan yeni mərhələ açacaq. Qarşıma 2031-ci ilə qədər bu hədəfə nail olmağı konkret məqsəd qoymuşam”, - Paşinyan bildirib.