Nasaz yük maşını yolda qaldı - Tıxac yarandı

Nasaz yük maşını yolda qaldı - Tıxac yarandı
HADİSƏ 15 Oktyabr 2026 11:50
Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. Nəticədə prospektdən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.

Sitat.info xəbər verir ki, hazırda polis tərəfindən problemin aradan qaldırılması məqsədilə işlər görülür.