Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid edir.
Sitat.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o bu barədə hökumətin iclasında danışıb.
Onun sözlərinə görə, Azərbaycanla sülh sazişinin imzalanması hökumətin və şəxsən Paşinyanın özü üçün ən vacib məsələlərdən biridir:
“Mən şəxsən qarşımda tapşırıq, konkret qrafik qoymuşam. Bu, 2031-ci ilə qədər həmin məsələnin həllinə nail olmaqdır”.
Paşinyan vurğulayıb ki, belə bir imkanın mümkün olduğunu görür, əks halda bu mövzunu qaldırmazdı.