Bakıda havada tozun miqdarı normadan 2,2 dəfə artıqdır

Bakıda havada tozun miqdarı normadan 2,2 dəfə artıqdır
SOSİAL 15 Oktyabr 2026 08:53
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Sitat.info xəbər verir ki, avtomatik monitorinq stansiyalarından əldə edilən məlumatlara əsasən, hazırda atmosfer havasında tozun miqdarı normadan 2,2 dəfə artıqdır.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun məlumatına görə, müşahidə olunan toz transsərhəd xarakter daşıyır.

Bildirilib ki, toz kütlələri meteoroloji şəraitlə əlaqədar cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.

Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.