“Ankara abisi” həbs edildi

“Ankara abisi” həbs edildi
Gündəm 14 Oktyabr 2026 13:26

Türkiyədə “Ankara Abisi İyilik Dərnəyi”nin sədri Yasin Oyanık həbs olunub.

Sitat.info xəbər verir ki, Uşak Respublika Baş Prokurorluğunun apardığı araşdırma dərnəyin hesablarına köçürülən ianələrlə bağlı şübhəli pul hərəkətləri nəticəsində başlayıb.

Oktyabrın 9-da saxlanılan Oyanık oktyabrın 13-də məhkəmənin qərarı ilə qanunsuz yolla əldə edilmiş əmlakın qanuni yolla əldə edildiyi barədə təsəvvür yaratmaq ittihamı üzrə həbs edilərək istintaq təcridxanasına göndərilib.

Araşdırma davam edir.