Xəzər ilə bağlı İrandan TƏHLÜKƏLİ DAVRANIŞ
İran Dövlət Televiziyası və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı rusdilli “Telegram” kanalı Xəzər dənizinin adı ilə bağlı ziddiyyətli məlumatlar yayıb.
Sitat.info xəbər verir ki, İran Dövlət Televiziyasının hava proqnozu buraxılışlarında dənizin adı xəritələrdə “Xəzər” əvəzinə “Kaspian” kimi göstərilib.
Bunun ardınca SEPAH-a bağlı rusdilli “Telegram” kanalı həmin görüntüləri paylaşaraq İran televiziyasının Xəzər dənizini “Mazandaran” adı ilə təqdim etməyə başladığını iddia edib.
Paylaşımda “Xəzər” adının “sionist” mənşəli olduğu irəli sürülüb və onun əvəzinə tarixi İran adı kimi təqdim edilən “Mazandaran” adından istifadə olunması müdafiə edilib.
///Ajans.az