“Raket hücumları barədə xəbərdar edilmədik”

“Raket hücumları barədə xəbərdar edilmədik”
Dünya 14 Oktyabr 2026 12:09
Ukrayna ötən gecə Rusiyanın ballistik raket hücumları ilə bağlı Qərb tərəfdaşlarından kəşfiyyat məlumatları almayıb.

Sitat.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Tərəfdaşlarımız ballistik raket buraxılışı barədə bizi xəbərdar etməyiblər. Ukrayna artıq ikinci dəfədir ki, xəbərdar edilməyib”, - dövlət başçısı vurğulayıb. 

Zelenski həmçinin ABŞ administrasiyasından Rusiyanın neft emalı zavodlarına hücumlar davam etdiriləcəyi təqdirdə, Vaşinqtonun Kiyev ilə kəşfiyyat sahəsində əməkdaşlığı dayandıra biləcəyi barədə xəbərdarlıq aldığını qeyd edib.

Bununla belə, o, Ukraynanın enerji infrastrukturuna zərbələrin davam etdirildiyi müddətdə Rusiyanın enerji və logistika obyektlərinə hücumların dayandırılmayacağını diqqətə çatdırıb.