Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşacaq
Azərbaycanın futzal üzrə milli komandası oktyabrın 16-da FIFA 2028 Dünya Çempionatının seçmə mərhələsinin əsas raundunun qrup mərhələsində ilk oyununu keçirəcək.
Sitat.info xəbər verir ki, millimiz səfərdə Çexiya yığması ilə qarşılaşacaq.
Fridek-Mistek şəhərində yerləşən “Hala Polarka” idman arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.