"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu  

\"Sabah\"ın U-19 komandası \"Slaviya\"ya uduzdu  
İdman 13 Oktyabr 2026 17:46

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ikinci oyununa çıxıb.

Sitat.info xəbər verir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya Praqa” komandası ilə üz-üzə gəlib.

Əlincə stadionunda təşkil edilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, komanda I turda İngiltərədə "Mançester Yunayted"ə 0:5 hesabı ilə məğlub olmuşdu.