Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı

Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı
İdman 10 Oktyabr 2026 15:24
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib.

Sitat.info xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb.

Qeyd olunur ki, qaydalarına əsasən, cəza avtomatik olaraq qüvvəyə minib. İndi federasiyanın Nizam-İntizam Komitəsi cəzanın yekun müddətini müəyyən etməlidir. Sanksiyaların müddəti bir aydan altı aya qədər dəyişə bilər. Əgər komitə ən sərt qərarı qəbul edərsə, Ronaldu milliyə yalnız 2027-ci ildə - 42 yaşında qayıda biləcək.