Azərbaycanlı hakim “Roma” – “Real” matçını idarə edəcək

Azərbaycanlı hakim “Roma” – “Real” matçını idarə edəcək
İdman 13 Oktyabr 2026 11:10
Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasında növbəti təyinatını alıb.

Sitat.info xəbər verir ki, o, “Roma” (İtaliya) – “Real” (İspaniya) matçının baş hakimi olacaq.

Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Davide Di Marko yerinə yetirəcək.

Qeyd edək ki, matç oktyabrın 14-də Romadakı “Stadio Tre Fontane” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.