“Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq

“Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq
KRİMİNAL 13 Oktyabr 2026 10:38
TikTok”da “Roşka” kimi tanınan Rövşən Süleymanovun məhkəmə araşdırması başa çatıb.

Sitat.info-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-külli miqdarda törədildikdə) maddəsi ilə verilmiş ittiham sübuta yetirilib.

Hökmə əsasən, “Roşka” 3 il azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, tiktoker 2025-ci ilin yanvarın 31-dən həbsdədir. Bu hökmlə onun 16 ay çəkilməmiş cəza müddəti qalıb.

Qafqazinfo