Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanıldı
KRİMİNAL 08 Oktyabr 2026 10:13
Oktyabrın 7-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 25 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Sitat.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.