Özge Gürel Bakıdan paylaşım etdi - FOTO

Özge Gürel Bakıdan paylaşım etdi - FOTO
Gündəm 12 Oktyabr 2026 17:34

Türkiyəli aktrisa Özge Gürel Bakıya gəlib.

Sitat.info xəbər verir ki, “44” filminin premyerası üçün paytaxtda olan aktrisa sosial media hesabında şəhərin mənzərəsini paylaşıb.

Qeyd edək ki, oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi və tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan “44” bədii filmi ictimaiyyətə təqdim ediləcək.