Laos Prezidenti Azərbaycanda səfərdədir

Laos Prezidenti Azərbaycanda səfərdədir
SİYASƏT 12 Oktyabr 2026 15:53

Oktyabrın 12-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfərə gəlib.

Sitat.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Laos Prezidenti Thonqlun Sisuliti Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.