Qonşusunu təhdid edən şəxs həbs olundu
Sitat.info-nun əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu Əsəd Əhmədov 45 ünvanında baş verib.
Həmin ünvandakı mənzillərin birində yaşayan S.Səmədova (şərti) polisə müraciət edərək bildirib ki, qonşusu 1987-ci il təvəllüdlü Orxan Məddahov (şərti) davamlı olaraq onu və anasını söyərək təhqir edir.
Şikayətçi bildirib ki, may ayından etibarən qonşu ilə münasibətləri pozulub. Həmin şəxs onu evlərinin qapısını dağıdacağı ilə hədələyərək dəfələrlə təhqir edib. O özünü qorumaq və təhlükəsizlik üçün evinin girişinə kamera qoyduğunu bildirib.
O.Məddahov barəsində inzibati protokol tərtib edilib. O, ifadəsində bildirib ki, qonşusu tərəfindən dəfələrlə təhqirə məruz qalıb və buna dözməyərək həmin şəxsə cavab qaytarıb.
Saxlanılan şəxs Yasamal Rayon Məhkəməsinə çıxarılıb. Məhkəmənin müvafiq qərarı ilə o, 15 sutka inzibati həbs edilib.
///Qafqazinfo